Mushaf, səhifə 585

  1. عَبَسَ وَتَوَلَّىٰ

    (Peyğəmbər) qaşqabağını tökdü və üzünü çevirdi –

    80:1
  2. أَنْ جَاءَهُ الْأَعْمَىٰ

    yanına korun gəldiyinə görə.

    80:2
  3. وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ

    Nə bilirdin ki, bəlkə o (günahlardan) təmizlənəcəkdi

    80:3
  4. أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ

    və yaxud nəsihət dinləyib faydalanacaqdı.

    80:4
  5. أَمَّا مَنِ اسْتَغْنَىٰ

    (Nəsihətə) ehtiyacı olmayana gəlincə isə,

    80:5
  6. فَأَنْتَ لَهُ تَصَدَّىٰ

    sən ona diqqət yetirirsən.

    80:6
  7. وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ

    Onun təmizlənməməyinin sənə bir aidiyyəti yoxdur.

    80:7
  8. وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ

    Səy göstərib sənin yanına gələn,

    80:8
  9. وَهُوَ يَخْشَىٰ

    (Allahdan) qorxan kimsəyə gəlincə,

    80:9
  10. فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ

    sən ona məhəl qoymursan!

    80:10
  11. كَلَّا إِنَّهَا تَذْكِرَةٌ

    Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

    80:11
  12. فَمَنْ شَاءَ ذَكَرَهُ

    Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

    80:12
  13. فِي صُحُفٍ مُكَرَّمَةٍ

    (Bu Quran) kəramətli səhifələrdə -

    80:13
  14. مَرْفُوعَةٍ مُطَهَّرَةٍ

    yüksək və pak (səhifələrdədir).

    80:14
  15. بِأَيْدِي سَفَرَةٍ

    (Bu səhifələr) elçilərin əllərində –

    80:15
  16. كِرَامٍ بَرَرَةٍ

    möhtərəm və müti olan (mələklərin) (əllərindədir).

    80:16
  17. قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ

    Qoy ölsün (kafir) insan! O necə də nankordur!

    80:17
  18. مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ

    (Qoy baxıb görsün, Allah) onu nədən yaradıb?

    80:18
  19. مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ

    (Allah) onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı.

    80:19
  20. ثُمَّ السَّبِيلَ يَسَّرَهُ

    Sonra da onun yolunu asanlaşdırdı.

    80:20
  21. ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ

    Sonra onu öldürüb qəbirə yerləşdirdi.

    80:21
  22. ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ

    Sonra da istədiyi vaxt onu (yenidən) dirildəcək.

    80:22
  23. كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ

    Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.

    80:23
  24. فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ

    Qoy insan yediyinə diqqət yetirsin!

    80:24
  25. أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا

    Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.

    80:25
  26. ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا

    Sonra da yeri çat-çat yarıb

    80:26
  27. فَأَنْبَتْنَا فِيهَا حَبًّا

    orada taxıl yetişdiririk.

    80:27
  28. وَعِنَبًا وَقَضْبًا

    (Habelə) üzüm və yonca,

    80:28
  29. وَزَيْتُونًا وَنَخْلًا

    zeytun və xurma (ağacları),

    80:29
  30. وَحَدَائِقَ غُلْبًا

    sıx-sıx bağlar,

    80:30
  31. وَفَاكِهَةً وَأَبًّا

    meyvələr və otlar da (bitiririk).

    80:31
  32. مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ

    (Bu nemətlər) sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.

    80:32
  33. فَإِذَا جَاءَتِ الصَّاخَّةُ

    Qulaqbatırıcı bir səs gələndə –

    80:33
  34. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ

    o gün insan qaçacaq öz qardaşından,

    80:34
  35. وَأُمِّهِ وَأَبِيهِ

    anasından, atasından,

    80:35
  36. وَصَاحِبَتِهِ وَبَنِيهِ

    həyat yoldaşından və övladlarından!

    80:36
  37. لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

    O gün onlardan hər birinin yetərincə işi olacaq.

    80:37
  38. وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ

    O gün (neçə-neçə) üzlər parlayacaq,

    80:38
  39. ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ

    güləcək və fərəhlənəcək.

    80:39
  40. وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ

    O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq,

    80:40
  41. تَرْهَقُهَا قَتَرَةٌ

    onları zülmət bürüyəcək.

    80:41
  42. أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ

    Məhz onlar kafirlər, günahkarlardır!

    80:42

Tərcümə: Əlixan Musayev