Mushaf, səhifə 587
-
إِذَا السَّمَاءُ انْفَطَرَتْ
Göy parçalanacağı zaman;
82:1 -
وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ
ulduzlar səpələnəcəyi zaman;
82:2 -
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ
dənizlər daşıb bir-birinə qarışacağı zaman;
82:3 -
وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ
qəbirlər çevriləcəyi zaman;
82:4 -
عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ
hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcək.
82:5 -
يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
82:6 -
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
O Rəbbin ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
82:7 -
فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ
Səni istədiyi şəklə saldı.
82:8 -
كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ
Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
82:9 -
وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ
Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var –
82:10 -
كِرَامًا كَاتِبِينَ
çox möhtərəm, (əməllərinizi) yazanlar.
82:11 -
يَعْلَمُونَ مَا تَفْعَلُونَ
Onlar sizin nə etdiklərinizi bilirlər.
82:12 -
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ
Həqiqətən, yaxşılar nemət içində olacaqlar.
82:13 -
وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ
Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
82:14 -
يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ
Onlar ora Haqq-hesab günü girəcəklər.
82:15 -
وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ
Onlar əsla ondan yayına bilməyəcəklər.
82:16 -
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ
Sən haradan biləydin ki, Din günü nədir?
82:17 -
ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ
Doğrudan da, sən haradan biləydin ki, Din günü nədir?
82:18 -
يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ
O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaq!
82:19 -
وَيْلٌ لِلْمُطَفِّفِينَ
Çəkidə və ölçüdə aldadanların vay halına!
83:1 -
الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ
O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,
83:2 -
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ
onlar üçün (bir şey) ölçdükdə və ya çəkdikdə isə (onları) ziyana salarlar.
83:3 -
أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ
Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?!
83:4 -
لِيَوْمٍ عَظِيمٍ
(Özü də) əzəmətli bir gündə.
83:5 -
يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ
O gün ki, insanlar qalxıb aləmlərin Rəbbinin qarşısında duracaqlar.
83:6
Tərcümə: Əlixan Musayev