Mushaf, səhifə 586

  1. إِذَا الشَّمْسُ كُوِّرَتْ

    Günəş sarınacağı zaman;

    81:1
  2. وَإِذَا النُّجُومُ انْكَدَرَتْ

    ulduzlar soluxub sönəcəyi zaman;

    81:2
  3. وَإِذَا الْجِبَالُ سُيِّرَتْ

    dağlar hərəkətə gətiriləcəyi zaman;

    81:3
  4. وَإِذَا الْعِشَارُ عُطِّلَتْ

    boğaz dəvələr başlı-başına qalacaqları zaman;

    81:4
  5. وَإِذَا الْوُحُوشُ حُشِرَتْ

    vəhşi heyvanlar bir yerə toplanacağı zaman;

    81:5
  6. وَإِذَا الْبِحَارُ سُجِّرَتْ

    dənizlər alovlanacağı zaman;

    81:6
  7. وَإِذَا النُّفُوسُ زُوِّجَتْ

    hər kəs (öz tayına) qovuşdurulacağı zaman;

    81:7
  8. وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ

    diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –

    81:8
  9. بِأَيِّ ذَنْبٍ قُتِلَتْ

    hansı günaha görə öldürülmüşdür;

    81:9
  10. وَإِذَا الصُّحُفُ نُشِرَتْ

    səhifələr açılacağı zaman;

    81:10
  11. وَإِذَا السَّمَاءُ كُشِطَتْ

    göy qopardılacağı zaman;

    81:11
  12. وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ

    Cəhənnəm alovlandırılacağı zaman

    81:12
  13. وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ

    və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;

    81:13
  14. عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ

    hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.

    81:14
  15. فَلَا أُقْسِمُ بِالْخُنَّسِ

    And içirəm (gecə çıxıb gündüz) batan (ulduzlara),

    81:15
  16. الْجَوَارِ الْكُنَّسِ

    seyrə çıxıb gizlənən (səyyarələrə),

    81:16
  17. وَاللَّيْلِ إِذَا عَسْعَسَ

    qaralmaqda olan gecəyə,

    81:17
  18. وَالصُّبْحِ إِذَا تَنَفَّسَ

    və açılmaqda olan səhərə!

    81:18
  19. إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

    Həqiqətən, bu, göndərdiyimiz (Quran) möhtərəm bir elçinin sözüdür.

    81:19
  20. ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ

    (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir,

    81:20
  21. مُطَاعٍ ثَمَّ أَمِينٍ

    orada itaət ediləndir, etibarlıdır.

    81:21
  22. وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ

    Sizin dostunuz (Muhəmməd) divanə deyil.

    81:22
  23. وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ

    O, (Cəbraili) aydın üfüqdə gördü.

    81:23
  24. وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ

    O, qeybdən (gələn xəbərləri sizdən) əsirgəyən deyil.

    81:24
  25. وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ

    Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.

    81:25
  26. فَأَيْنَ تَذْهَبُونَ

    Elə isə (ondan üz döndərib) hara gedirsiniz?

    81:26
  27. إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ

    Bu, aləmlərə yalnız bir nəsihətdir –

    81:27
  28. لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ

    sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.

    81:28
  29. وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

    Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!

    81:29

Tərcümə: Əlixan Musayev