Surə 1 Əl-Fatihə (Fatihə), ayə 1 – 7
-
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1:1 -
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Həmd, aləmlərin Rəbbi Allaha məxsudur –
1:2 -
الرَّحْمَٰنِ الرَّحِيمِ
Mərhəmətli və Rəhmliyə,
1:3 -
مَالِكِ يَوْمِ الدِّينِ
Din gününün Hökmdarına!
1:4 -
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
1:5 -
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
Bizi doğru yola yönəlt –
1:6 -
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!
1:7
Tərcümə: Əlixan Musayev