Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 243 – 248

  1. أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

    (Sayları) minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurdlarından çıxanları görmədinmi? Allah onlara: «Ölün!» – dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu (buna) şükür etmir.

    2:243
  2. وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ وَاعْلَمُوا أَنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ

    Allah yolunda vuruşun və bilin ki, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!

    2:244
  3. مَنْ ذَا الَّذِي يُقْرِضُ اللَّهَ قَرْضًا حَسَنًا فَيُضَاعِفَهُ لَهُ أَضْعَافًا كَثِيرَةً ۚ وَاللَّهُ يَقْبِضُ وَيَبْسُطُ وَإِلَيْهِ تُرْجَعُونَ

    Kim Allaha gözəl bir borc versə [malından Allah yolunda xərcləsə], (Allah) onun üçün bunu qat-qat artırar. Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.

    2:245
  4. أَلَمْ تَرَ إِلَى الْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ مِنْ بَعْدِ مُوسَىٰ إِذْ قَالُوا لِنَبِيٍّ لَهُمُ ابْعَثْ لَنَا مَلِكًا نُقَاتِلْ فِي سَبِيلِ اللَّهِ ۖ قَالَ هَلْ عَسَيْتُمْ إِنْ كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ أَلَّا تُقَاتِلُوا ۖ قَالُوا وَمَا لَنَا أَلَّا نُقَاتِلَ فِي سَبِيلِ اللَّهِ وَقَدْ أُخْرِجْنَا مِنْ دِيَارِنَا وَأَبْنَائِنَا ۖ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ تَوَلَّوْا إِلَّا قَلِيلًا مِنْهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ

    Musadan sonra İsrail oğullarından olan əyanların (başına gələnləri) bilmirsənmi? O zaman onlar özlərinə (göndərilmiş) peyğəmbərə dedilər: «Bizə bir hökmdar təyin et ki, Allah yolunda döyüşək!» O dedi: «Sizə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədiniz?» Onlar dedilər: «Niyə Allah yolunda döyüşməyək ki, biz yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq?!» Döyüşmək onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdi. Allah zalımları (yaxşı) tanıyır.

    2:246
  5. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ اللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوا أَنَّىٰ يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِنَ الْمَالِ ۚ قَالَ إِنَّ اللَّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ ۖ وَاللَّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

    Peyğəmbərləri onlara dedi: «Allah Talutu sizə hökmdar göndərdi!» Onlar dedilər: «O, necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona çoxlu sərvət verilməmişdir?» O dedi: «Allah onu sizə (hökmdar) seçdi, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyi kəsə verir. Allahın (lütfü) genişdir, (O hər şeyi) biləndir.»

    2:247
  6. وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ وَبَقِيَّةٌ مِمَّا تَرَكَ آلُ مُوسَىٰ وَآلُ هَارُونَ تَحْمِلُهُ الْمَلَائِكَةُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

    Peyğəmbərləri onlara dedi: «Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində, Rəbbinizdən bir təskinlik, Musa və Harun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcək. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün bir dəlil vardır.»

    2:248

Tərcümə: Əlixan Musayev