Surə 37 Əs-Saffat (Saffat)
-
هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ
(Onlara deyiləcək:) «Bu, yalan saydığınız fərqləndirmə günüdür!»
37:21 -
احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ
(Mələklərə belə əmr olunacaq:) «Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
37:22 -
مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ
Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
37:23 -
وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ
Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar».
37:24 -
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
(Günahkarlara deyiləcək:) «Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?»
37:25 -
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ
Xeyr, onlar bu gün təslim olmuşlar!
37:26 -
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
Onlar bir-birinə üz tutub soruşacaqlar.
37:27 -
قَالُوا إِنَّكُمْ كُنْتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ
(Tabe olanlar) deyəcəklər: «Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz».
37:28 -
قَالُوا بَلْ لَمْ تَكُونُوا مُؤْمِنِينَ
(Başçılar) deyəcəklər: «Xeyr! Siz inanan adamlar deyildiniz.
37:29 -
وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِنْ سُلْطَانٍ ۖ بَلْ كُنْتُمْ قَوْمًا طَاغِينَ
Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
37:30 -
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ
Rəbbimizin sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
37:31 -
فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ
Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik».
37:32 -
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ
Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
37:33 -
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ
Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
37:34 -
إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ
Çünki onlara: «Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!» – deyildikdə təkəbbür göstərir
37:35 -
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَجْنُونٍ
və deyirdilər: «Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?!»
37:36 -
بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ
Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
37:37 -
إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ
Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
37:38 -
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
37:39 -
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ
Lakin Allahın seçilmiş (ixlaslı) qulları müstəsnadır.
37:40
Tərcümə: Əlixan Musayev