Surə 37 Əs-Saffat (Saffat)
-
فَسَاهَمَ فَكَانَ مِنَ الْمُدْحَضِينَ
Başqaları ilə birlikdə püşk atmış və uduzanlardan olmuşdu.
37:141 -
فَالْتَقَمَهُ الْحُوتُ وَهُوَ مُلِيمٌ
O, qınanmağa layiq olduqda balıq onu udmuşdu.
37:142 -
فَلَوْلَا أَنَّهُ كَانَ مِنَ الْمُسَبِّحِينَ
Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
37:143 -
لَلَبِثَ فِي بَطْنِهِ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
balığın qarnında Qiyamət gününə qədər qalardı.
37:144 -
فَنَبَذْنَاهُ بِالْعَرَاءِ وَهُوَ سَقِيمٌ
O, halsız olduğu vəziyyətdə (Biz) onu sahilə çıxartdıq.
37:145 -
وَأَنْبَتْنَا عَلَيْهِ شَجَرَةً مِنْ يَقْطِينٍ
Və üstünə (kölgə salmaq üçün) qabaq növündən iriyarpaqlı bir ağac bitirdik.
37:146 -
وَأَرْسَلْنَاهُ إِلَىٰ مِائَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ
Biz onu yüz min nəfərə və daha çox adama (peyğəmbər) göndərdik.
37:147 -
فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ
Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
37:148 -
فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ
(Kafirlərdən) soruş: «Yoxsa, qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?!»
37:149 -
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ
Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
37:150 -
أَلَا إِنَّهُمْ مِنْ إِفْكِهِمْ لَيَقُولُونَ
Heç şübhəsiz ki, onlar öz yalanlarına görə belə deyəcəklər:
37:151 -
وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
«Allah doğmuşdur». Şübhəsiz ki, onlar yalançıdırlar.
37:152 -
أَصْطَفَى الْبَنَاتِ عَلَى الْبَنِينَ
Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?!
37:153 -
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Sizə nə olub, necə hökm verirsiniz?!
37:154 -
أَفَلَا تَذَكَّرُونَ
Məgər düşünmürsünüz?!
37:155 -
أَمْ لَكُمْ سُلْطَانٌ مُبِينٌ
Yoxsa sizin aydın bir dəliliniz var?!
37:156 -
فَأْتُوا بِكِتَابِكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ
Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
37:157 -
وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ
Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (məhşərə) gətiriləcəyini bilirlər.
37:158 -
سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ
Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
37:159 -
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ
Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
37:160
Tərcümə: Əlixan Musayev