Surə 37 Əs-Saffat (Saffat)
-
فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
37:101 -
فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ
O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!» O dedi: «Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən».
37:102 -
فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ
Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
37:103 -
وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ
Biz onu çağırıb dedik: «Ey İbrahim!
37:104 -
قَدْ صَدَّقْتَ الرُّؤْيَا ۚ إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
Artıq sən yuxunu təsdiq etdin!» Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
37:105 -
إِنَّ هَٰذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ
Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.
37:106 -
وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ
Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
37:107 -
وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ
Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
37:108 -
سَلَامٌ عَلَىٰ إِبْرَاهِيمَ
İbrahimə salam olsun!
37:109 -
كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
37:110 -
إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ
Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
37:111 -
وَبَشَّرْنَاهُ بِإِسْحَاقَ نَبِيًّا مِنَ الصَّالِحِينَ
Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
37:112 -
وَبَارَكْنَا عَلَيْهِ وَعَلَىٰ إِسْحَاقَ ۚ وَمِنْ ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِنَفْسِهِ مُبِينٌ
Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
37:113 -
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَارُونَ
Biz Musa ilə Haruna da nemət bəxş etdik.
37:114 -
وَنَجَّيْنَاهُمَا وَقَوْمَهُمَا مِنَ الْكَرْبِ الْعَظِيمِ
Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
37:115 -
وَنَصَرْنَاهُمْ فَكَانُوا هُمُ الْغَالِبِينَ
Onlara kömək göstərdik və (onlar) qalib gəldilər.
37:116 -
وَآتَيْنَاهُمَا الْكِتَابَ الْمُسْتَبِينَ
Onların ikisinə də aydın bir Kitab verdik.
37:117 -
وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
Hər ikisini də doğru yola yönəltdik.
37:118 -
وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ
Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
37:119 -
سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ
Musaya və Haruna salam olsun!
37:120
Tərcümə: Əlixan Musayev