Surə 5 Əl-Maidə (Maidə)

  1. وَإِذَا جَاءُوكُمْ قَالُوا آمَنَّا وَقَدْ دَخَلُوا بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا بِهِ ۚ وَاللَّهُ أَعْلَمُ بِمَا كَانُوا يَكْتُمُونَ

    Onlar sizin yanınıza gəldikdə: «Biz iman gətirdik!» – deyirlər. Halbuki (sizin yanınıza) küfrlə girmiş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini daha yaxşı bilir.

    5:61
  2. وَتَرَىٰ كَثِيرًا مِنْهُمْ يُسَارِعُونَ فِي الْإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَعْمَلُونَ

    Onlardan bir çoxunu günaha, düşmənçiliyə və haram yeməyə tələsən görərsən. Onların törətdikləri əməllər necə də pisdir!

    5:62
  3. لَوْلَا يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالْأَحْبَارُ عَنْ قَوْلِهِمُ الْإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا يَصْنَعُونَ

    Məgər din xadimləri və elm adamları onlara günah sözlər danışmağı və haram yeməyi qadağan etməli diyildilərmi?! Onların törətdikləri əməllər necə də pisdir!

    5:63
  4. وَقَالَتِ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا بِمَا قَالُوا ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنْفِقُ كَيْفَ يَشَاءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۚ كُلَّمَا أَوْقَدُوا نَارًا لِلْحَرْبِ أَطْفَأَهَا اللَّهُ ۚ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا ۚ وَاللَّهُ لَا يُحِبُّ الْمُفْسِدِينَ

    Yəhudilər dedilər: «Allahın əli bağlıdır!» Dedikləri bu sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər! Əksinə, (Allahın) hər iki əli açıqdır, (Öz lütfündən) istədiyi kimi sərf edir. Rəbbindən sənə nazil edilən (kitab) onlardan çoxunun azğınlığını və küfrünü artırar. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda, Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə səy göstərərlər. Allah isə fitnəkarları sevməz!

    5:64
  5. وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُوا وَاتَّقَوْا لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأَدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ

    Əgər Kitab əhli iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz, onların təqsirlərindən keçər və onları Nəim cənnətlərinə daxil edərdik.

    5:65
  6. وَلَوْ أَنَّهُمْ أَقَامُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْهِمْ مِنْ رَبِّهِمْ لَأَكَلُوا مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ ۚ مِنْهُمْ أُمَّةٌ مُقْتَصِدَةٌ ۖ وَكَثِيرٌ مِنْهُمْ سَاءَ مَا يَعْمَلُونَ

    Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə düzgün əməl etsəydilər, başları üstündə və ayaqları altında (olan nemətlərdən) yeyərdilər. Onların arasında orta yol tutan bir zümrə vardır. Fəqət onların çoxunun etdiyi əməllər necə də pisdir.

    5:66
  7. يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ ۖ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ ۚ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

    Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Şübhəsiz ki, Allah kafir toplumu doğru yola yönəltməz.

    5:67
  8. قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَىٰ شَيْءٍ حَتَّىٰ تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا ۖ فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ

    De: «Ey Kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmədikcə, siz (doğru) bir şey [yol] üzərində deyilsiniz.» Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir toplum üçün heyifsilənmə.

    5:68
  9. إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Şübhəsiz ki, iman gətirənlərin, habelə, yəhudilərdən, sabiilərdən və nəsranilərdən Allaha və Axirət gününə iman gətirib yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

    5:69
  10. لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ

    Biz İsrail oğullarından əhd-peyman aldıq və onlara elçilər göndərdik. Hər dəfə bir elçi onlara könüllərinə yatmayan bir şey gətirdikdə, o (elçilərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

    5:70
  11. وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

    Onlar (başlarına) bir bəla gəlməyəcəyini güman etdilər, beləliklə də, kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini görür.

    5:71
  12. لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۖ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۖ إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ

    «Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir» – deyənlər kafir oldular. Halbuki Məsih demişdi: «Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur.»

    5:72
  13. لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا إِلَٰهٌ وَاحِدٌ ۚ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ

    «Allah üçlüyün üçüncüsüdür!» – deyənlər də, kafir oldular. Halbuki Tək İlahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlar ağrılı-acılı bir əzaba uğrayacaqlar.

    5:73
  14. أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

    Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir.

    5:74
  15. مَا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ ۖ كَانَا يَأْكُلَانِ الطَّعَامَ ۗ انْظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الْآيَاتِ ثُمَّ انْظُرْ أَنَّىٰ يُؤْفَكُونَ

    Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyərdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da, gör onlar (haqdan) necə üz çevirirlər.

    5:75
  16. قُلْ أَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا نَفْعًا ۚ وَاللَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

    De: «Allahı qoyub, sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?» Allah Eşidəndir, Biləndir.

    5:76
  17. قُلْ يَا أَهْلَ الْكِتَابِ لَا تَغْلُوا فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلَا تَتَّبِعُوا أَهْوَاءَ قَوْمٍ قَدْ ضَلُّوا مِنْ قَبْلُ وَأَضَلُّوا كَثِيرًا وَضَلُّوا عَنْ سَوَاءِ السَّبِيلِ

    De: «Ey Kitab əhli! Dininizdə haqsız olaraq ifrata varmayın. Öncədən azmış, bir çoxlarını da azdırmış və doğru yoldan uzaqlaşmış bir toplumun istəklərinə uymayın.»

    5:77
  18. لُعِنَ الَّذِينَ كَفَرُوا مِنْ بَنِي إِسْرَائِيلَ عَلَىٰ لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ۚ ذَٰلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ

    İsrail oğullarından kafir olanlar, Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Bu, onların asi olmalarına və (Allahın qoyduğu) hədləri aşmalarına görə idi.

    5:78
  19. كَانُوا لَا يَتَنَاهَوْنَ عَنْ مُنْكَرٍ فَعَلُوهُ ۚ لَبِئْسَ مَا كَانُوا يَفْعَلُونَ

    Onlar etdikləri pis əməllərdən bir-birlərini çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!

    5:79
  20. تَرَىٰ كَثِيرًا مِنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُوا ۚ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ أَنْ سَخِطَ اللَّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ

    Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şey necə də pisdir! (Buna görə də,) Allah onlara qəzəblənmişdir və onlar əzab içində əbədi qalacaqlar.

    5:80

Tərcümə: Əlixan Musayev

Surə 5 Əl-Maidə (Maidə)