Mushaf, səhifə 492

  1. وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ

    evlərinin qapılarını və söykəndikləri taxtları da,

    43:34
  2. وَزُخْرُفًا ۚ وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ

    üstəlik, zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan) qorxanlar üçündür.

    43:35
  3. وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ

    Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayar və o da ona yoldaş olar.

    43:36
  4. وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ

    Doğrusu, şeytanlar onları (haqq) yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.

    43:37
  5. حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ

    Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: «Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!»

    43:38
  6. وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ

    (Onlara deyilər:) «Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!»

    43:39
  7. أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ

    Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?

    43:40
  8. فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُمْ مُنْتَقِمُونَ

    Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq.

    43:41
  9. أَوْ نُرِيَنَّكَ الَّذِي وَعَدْنَاهُمْ فَإِنَّا عَلَيْهِمْ مُقْتَدِرُونَ

    Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar.

    43:42
  10. فَاسْتَمْسِكْ بِالَّذِي أُوحِيَ إِلَيْكَ ۖ إِنَّكَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

    Elə isə sən özünə vəhy olunan (ayələrə) sarıl! Şübhəsiz ki, sən düz yoldasan.

    43:43
  11. وَإِنَّهُ لَذِكْرٌ لَكَ وَلِقَوْمِكَ ۖ وَسَوْفَ تُسْأَلُونَ

    Həqiqətən, bu (Quran) sənin üçün və sənin qövmün üçün bir şərəfdir. Siz sorğu-suala ediləcəkisniz.

    43:44
  12. وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجَعَلْنَا مِنْ دُونِ الرَّحْمَٰنِ آلِهَةً يُعْبَدُونَ

    Səndən əvvəl göndərdiyimiz elçilərdən – (onların davamçılarından) soruş: «Məgər Biz Mərhəmətli (Allahdan) başqa ibadət ediləsi məbudlar icad etmişik?

    43:45
  13. وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ

    Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. (Musa) dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm!»

    43:46
  14. فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ

    (Musa) dəlillərimizi onlara göstərdikdə, onlar buna güldülər.

    43:47

Tərcümə: Əlixan Musayev