Mushaf, səhifə 569

  1. يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ

    (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

    70:11
  2. وَصَاحِبَتِهِ وَأَخِيهِ

    həyat yoldaşını və qardaşını,

    70:12
  3. وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ

    ona sığınacaq vermiş nəslini

    70:13
  4. وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ

    və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.

    70:14
  5. كَلَّا ۖ إِنَّهَا لَظَىٰ

    Xeyr! Bu, alovu (şölələnən) Oddur –

    70:15
  6. نَزَّاعَةً لِلشَّوَىٰ

    başın dərisini sıyırıb çıxaran (bir od).

    70:16
  7. تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

    (O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni

    70:17
  8. وَجَمَعَ فَأَوْعَىٰ

    və (mal-dövlət) yığıb saxlayanı.

    70:18
  9. إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا

    Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

    70:19
  10. إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا

    Ona bir pislik toxunduqda özündən çıxır,

    70:20
  11. وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا

    bir xeyir nəsib olduqda isə xəsislik edir.

    70:21
  12. إِلَّا الْمُصَلِّينَ

    Namaz qılanlar istisnadır.

    70:22
  13. الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ

    O kəslər ki, namazlarını həmişə qılırlar.

    70:23
  14. وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ

    O kəslər ki, onların mallarında bəlli bir haqq var –

    70:24
  15. لِلسَّائِلِ وَالْمَحْرُومِ

    dilənən və (həya edib istəmədiyinə görə) məhrum qalan üçün.

    70:25
  16. وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ

    O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

    70:26
  17. وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ

    O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

    70:27
  18. إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

    Axı Rəbbinin əzabı (onlar üçün də) təhlükəsiz deyil.

    70:28
  19. وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ

    O kəslər ki, tənasül üzvlərini (zinadan) qoruyurlar –

    70:29
  20. إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

    zövcələrindən və sahib olduqları cariyələrdən başqa. (Buna görə) onlar əsla qınanmazlar.

    70:30
  21. فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ

    Bundan artığını istəyənlər isə həddi aşanlardır.

    70:31
  22. وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ

    O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

    70:32
  23. وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ

    O kəslər ki, şahidliklərində mətindirlər.

    70:33
  24. وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

    O kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

    70:34
  25. أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ

    Cənnətlərdə hörmət göstəriləcək insanlar da elə onlar olacaq.

    70:35
  26. فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ

    Sənə doğru tələsən kafirlərə nə olub belə –

    70:36
  27. عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ

    sağdan-soldan dəstələrlə (ətrafına) (yığışırlar)?

    70:37
  28. أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

    Yoxsa onların hər biri Nəim cənnətinə girə biləcəyinə ümid edir?!

    70:38
  29. كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ

    Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən xəlq etmişik.

    70:39

Tərcümə: Əlixan Musayev