Dərsin qaydalarını yadda saxla

Şəddəli hərflər

Şəddə işarəsi necədir?

Şəddə işarəsi aşağıdakı kimi yazılır:

دّ hərfin üstündə yazılır.

Şəddəli və hərəkəli hərflər aşağıdakı kimi yazılır:

Şəddəli və fəthəli: دَّ

Şəddəli və kəsrəli: دِّ

Şəddəli və damməli: دُّ

Şəddəli hərfin tələffüzü necə olur?

Şəddə ikiləşməni işarə edir.

Üstündə şəddə olan hərflər iki eyni hərfə çevrilir, bunlardan ilk hərf sükunlu, ikinci hərf isə hərəkəlidir.

Məsələn:

Şəddəli və fəthəli د hərfi iki hərfin - sükunlu د və fəthəli د hərfinin birləşməsindən ibarət olur:

دۡ + دَ = دَّ

Şəddəli və kəsrəli د hərfi iki hərfin - sükunlu د və kəsrəli د hərfinin birləşməsindən ibarət olur:

دۡ + دِ = دِّ

Şəddəli və damməli د hərfi iki hərfin - sükunlu د və damməli د hərfinin birləşməsindən ibarət olur

دۡ + دُ = دُّ

Şəddəli hərflər necə tələffüz olunur?

Tələffüz üçün şəddəli hərfin önünə həmzəli fəthə qoyaq. Oxuyaq:

أَدَّ

أَدِّ

أَدُّ

Vacib məqama diqqət edin. Şəddəli hərflər iki hərfdən ibarət olsa da bir hərf kimi tələffüz edilir. Yəni, tələffüz zamanı şəddəli hərfi iki hərf kimi tələffüz etmək olmaz.

Nədən iki hərfi bir hərf kimi yazaraq üstünə şəddə işarəsi qoymalıyıq?

Şəddə sözdə arxa-arxaya gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır. Bu zaman siz iki eyni hərfi ayrıca oxumalı olmayacaqsınız: أَدۡدَ. Bu olduqca çətindir.

Ərəblər belə birləşmədən imtina edərək tələffüzü şəddə ilə asanlaşdırmışlar: أَدَّ

Şəddə harda rast gəlinir?

Şəddəli hərflər sözün ortasında və sonunda gələ bilər.


Bütün haqlar qorunur. "Başlayanlar üçün təcvid" kursunun materiallarından HolyQuranAcademy©

Bu səhifəyə şərh

Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.