Mushaf, səhifə 371
-
وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ
Sonra gələnlər arasında (həmişə yad edilim deyə) mənə yaxşı ad qismət elə!
26:84 -
وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ
Məni Nəim bağının varislərindən et!
26:85 -
وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ
Atamı bağışla! Çünki o, azmışlardandır.
26:86 -
وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ
Onların dirildiləcəyi gün məni rüsvay etmə!
26:87 -
يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verər.
26:88 -
إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!»
26:89 -
وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ
Cənnət müttəqilərə yaxınlaşdırılar.
26:90 -
وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ
Cəhənnəm də azğınlara göstərilər.
26:91 -
وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تَعْبُدُونَ
Onlara deyilər: «Hanı sizin ibadət etdikləriniz –
26:92 -
مِنْ دُونِ اللَّهِ هَلْ يَنْصُرُونَكُمْ أَوْ يَنْتَصِرُونَ
Allahdan başqa (pənah apardıqlarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?»
26:93 -
فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ
Onlar azğınlarla birlikdə (Cəhənnəmə) atılarlar,
26:94 -
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ
İblisin bütün əsgərləri də, həmçinin.
26:95 -
قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ
Onlar orada höcətləşərək deyərlər:
26:96 -
تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلَالٍ مُبِينٍ
«Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
26:97 -
إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
26:98 -
وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ
Bizi ancaq günahkarlar azdırdı.
26:99 -
فَمَا لَنَا مِنْ شَافِعِينَ
İndi isə bizim nə şəfaətçilərimiz,
26:100 -
وَلَا صَدِيقٍ حَمِيمٍ
nə də (bizə) canıyanan bir dostumuz var!
26:101 -
فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!»
26:102 -
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
26:103 -
وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
26:104 -
كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ
Nuh tayfası da elçiləri yalançı saydı.
26:105 -
إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ
O vaxt qardaşları Nuh onlara dedi: «Məgər qorxmursunuz?
26:106 -
إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ
Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
26:107 -
فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
Allahdan qorxun və mənə itaət edin.
26:108 -
وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
26:109 -
فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
Allahdan qorxun və mənə itaət edin!»
26:110 -
قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ
Onlar dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?»
26:111
Tərcümə: Əlixan Musayev