Mushaf, səhifə 373

  1. إِنْ هَٰذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ

    Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.

    26:137
  2. وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

    Biz əzaba düçar olan da deyilik».

    26:138
  3. فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

    26:139
  4. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

    26:140
  5. كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ

    Səmud tayfası da elçiləri yalançı saydı.

    26:141
  6. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ

    O vaxt qardaşları Saleh onlara dedi: «Məgər qorxmursunuz?

    26:142
  7. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:143
  8. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin.

    26:144
  9. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:145
  10. أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ

    Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

    26:146
  11. فِي جَنَّاتٍ وَعُيُونٍ

    Bağlar və bulaqlar içində,

    26:147
  12. وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ

    əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?

    26:148
  13. وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ

    Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

    26:149
  14. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!

    26:150
  15. وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ

    Həddi aşanların əmrinə tabe olmayın.

    26:151
  16. الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

    Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər».

    26:152
  17. قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ

    Onlar dedilər: «Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

    26:153
  18. مَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا فَأْتِ بِآيَةٍ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər».

    26:154
  19. قَالَ هَٰذِهِ نَاقَةٌ لَهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَعْلُومٍ

    (Saleh) dedi: «(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. [Bir gün o su içməli, bir gün də siz su içməlisiniz].

    26:155
  20. وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ

    Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar».

    26:156
  21. فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ

    Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.

    26:157
  22. فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

    26:158
  23. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

    26:159

Tərcümə: Əlixan Musayev