Mushaf, səhifə 374

  1. كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ

    Lut tayfası da elçiləri yalançı saydı.

    26:160
  2. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ

    O vaxt qardaşları Lut onlara dedi: «Məgər qorxmursunuz?

    26:161
  3. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:162
  4. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!

    26:163
  5. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:164
  6. أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ

    Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

    26:165
  7. وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ عَادُونَ

    və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız».

    26:166
  8. قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ

    Onlar dedilər: «Ey Lut! Əgər (dəvətinə) son qoymasan, mütləq qovulanlardan olacaqsan!»

    26:167
  9. قَالَ إِنِّي لِعَمَلِكُمْ مِنَ الْقَالِينَ

    O dedi: «Mən sizin əməllərinizə nifrət edənlərdənəm.

    26:168
  10. رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ

    Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!»

    26:169
  11. فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ

    Biz onu və onun bütün ailəsini xilas etdik.

    26:170
  12. إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ

    Geridə qalanlar arasındakı yaşlı qadından başqa.

    26:171
  13. ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ

    Sonra da o birilərini yerlə yeksan etdik.

    26:172
  14. وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ

    Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

    26:173
  15. إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

    26:174
  16. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

    26:175
  17. كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ

    Əykə əhli də elçiləri yalançı saydı.

    26:176
  18. إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

    O vaxt Şueyb onlara dedi: «Məgər qorxmursunuz?

    26:177
  19. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:178
  20. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!

    26:179
  21. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:180
  22. أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ

    Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

    26:181
  23. وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ

    Düz tərəzi ilə çəkin.

    26:182
  24. وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

    İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

    26:183

Tərcümə: Əlixan Musayev