Mushaf, səhifə 376
-
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانْتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا ۗ وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ
Təkcə iman sahibi olub saleh əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (İslam dinini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.
26:227 -
وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ
və etmədikləri şeylərdən danışırlar?
26:226 -
أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ
Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir [hər mövzuda şer uydurur]
26:225 -
وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الْغَاوُونَ
Şairlərə gəldikdə isə, onlara ancaq azmışlar uyar.
26:224 -
يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ
(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
26:223 -
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ
Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
26:222 -
هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَنْ تَنَزَّلُ الشَّيَاطِينُ
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
26:221 -
إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
Həqiqətən də, O, Eşidəndir, Biləndir!
26:220 -
وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ
səcdə edənlər içində hərəkət edəndə də.
26:219 -
الَّذِي يَرَاكَ حِينَ تَقُومُ
O səni (namaza) duranda da görür,
26:218 -
وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ
Qüdrətli və Rəhmli olan (Allaha) təvəkkül et!
26:217 -
فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِمَّا تَعْمَلُونَ
Əgər onlar sənə asi olsalar, de: «Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!»
26:216 -
وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
Sənə tabe olan möminləri qanadının altına al [onlara qarşı təvazökar ol]!
26:215 -
وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ
Ən yaxın qohumlarını qorxut!
26:214 -
فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ
Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
26:213 -
إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ
Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
26:212 -
وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ
Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.
26:211 -
وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ
(Quranı) şeytanlar endirmədi.
26:210 -
ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَ
(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
26:209 -
وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا لَهَا مُنْذِرُونَ
Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
26:208 -
مَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يُمَتَّعُونَ
onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.
26:207
Tərcümə: Əlixan Musayev