Surə 26 Əş-Şuəra (Şuara)

  1. لَا يُؤْمِنُونَ بِهِ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ

    Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.

    26:201
  2. فَيَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

    O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcək.

    26:202
  3. فَيَقُولُوا هَلْ نَحْنُ مُنْظَرُونَ

    Onlar deyəcəklər: «Bizə möhlət veriləcəkmi?»

    26:203
  4. أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

    Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?

    26:204
  5. أَفَرَأَيْتَ إِنْ مَتَّعْنَاهُمْ سِنِينَ

    Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,

    26:205
  6. ثُمَّ جَاءَهُمْ مَا كَانُوا يُوعَدُونَ

    sonra vəd olunduqları (əzab) onlara yetişsə,

    26:206
  7. مَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يُمَتَّعُونَ

    onlara nəsib olmuş firavanlıq, (əzabımızı) onlardan dəf edə bilməz.

    26:207
  8. وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا لَهَا مُنْذِرُونَ

    Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.

    26:208
  9. ذِكْرَىٰ وَمَا كُنَّا ظَالِمِينَ

    (Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!

    26:209
  10. وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ

    (Quranı) şeytanlar endirmədi.

    26:210
  11. وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ

    Onlar buna layiq deyillər və heç (bunu) bacarmazlar da.

    26:211
  12. إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ

    Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.

    26:212
  13. فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ

    Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.

    26:213
  14. وَأَنْذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ

    Ən yaxın qohumlarını qorxut!

    26:214
  15. وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ

    Sənə tabe olan möminləri qanadının altına al [onlara qarşı təvazökar ol]!

    26:215
  16. فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِمَّا تَعْمَلُونَ

    Əgər onlar sənə asi olsalar, de: «Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!»

    26:216
  17. وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ

    Qüdrətli və Rəhmli olan (Allaha) təvəkkül et!

    26:217
  18. الَّذِي يَرَاكَ حِينَ تَقُومُ

    O səni (namaza) duranda da görür,

    26:218
  19. وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ

    səcdə edənlər içində hərəkət edəndə də.

    26:219
  20. إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

    Həqiqətən də, O, Eşidəndir, Biləndir!

    26:220

Tərcümə: Əlixan Musayev