Mushaf, səhifə 531

  1. وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ

    Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.

    54:50
  2. وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz (neçə-neçə) həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?!

    54:51
  3. وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ

    Onların etdiyi hər bir əməl (əməllərinin yazıldığı) kitablardadır.

    54:52
  4. وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ

    Hər bir kiçik və böyük (əməl) yazılmışdır.

    54:53
  5. إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ

    Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,

    54:54
  6. فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ

    qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!

    54:55
  7. الرَّحْمَٰنُ

    Mərhəmətli (Allah)

    55:1
  8. عَلَّمَ الْقُرْآنَ

    Quranı öyrətdi.

    55:2
  9. خَلَقَ الْإِنْسَانَ

    İnsanı yaratdı,

    55:3
  10. عَلَّمَهُ الْبَيَانَ

    ona danışmağı öyrətdi.

    55:4
  11. الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ

    Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir).

    55:5
  12. وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ

    Otlar [və ya ulduzlar] da, ağaclar da (Allaha) səcdə edir.

    55:6
  13. وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ

    (Allah) göyü ucaltdı və tərəzini qoydu ki,

    55:7
  14. أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ

    çəkidə həddi aşmayasınız.

    55:8
  15. وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ

    (Əşyaları) tərəzidə insafla çəkin və çəkini əskiltməyin.

    55:9
  16. وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ

    O, yeri məxluqat üçün döşədi.

    55:10
  17. فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ

    Orada meyvələr və salxımlı xurma ağacları var.

    55:11
  18. وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ

    Həmçinin, saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də var.

    55:12
  19. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:13
  20. خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ

    O, insanı saxsı kimi quru gildən yaratdı.

    55:14
  21. وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ

    Cinləri də xalis oddan yaratdı.

    55:15
  22. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:16

Tərcümə: Əlixan Musayev