Surə 2 Əl-Bəqərə (Bəqərə)

  1. وَلَمَّا جَاءَهُمْ رَسُولٌ مِنْ عِنْدِ اللَّهِ مُصَدِّقٌ لِمَا مَعَهُمْ نَبَذَ فَرِيقٌ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ كِتَابَ اللَّهِ وَرَاءَ ظُهُورِهِمْ كَأَنَّهُمْ لَا يَعْلَمُونَ

    Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə, Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allahın Kitabına arxa çevirdi.

    2:101
  2. وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ ۚ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

    Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqlarına uydular. (Halbuki) Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (O iki mələk): «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!» – deməmiş, (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!

    2:102
  3. وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ

    Onlar iman gətirib (Allahdan) qorxsaydılar, Allahın verdiyi mükafat (onlar üçün) daha xeyirli olardı. Kaş (bunu) biləydilər!

    2:103
  4. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا رَاعِنَا وَقُولُوا انْظُرْنَا وَاسْمَعُوا ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ

    Ey iman gətirənlər! (Peyğəmbərə:) «Raina!» – deməyin; «Unzurna!» – deyin və (Allahın əmrini) eşidin! Kafirlər üçün ağrılı-acılı bir əzab vardır.

    2:104
  5. مَا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْ ۗ وَاللَّهُ يَخْتَصُّ بِرَحْمَتِهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

    Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə Öz mərhəmətini istədiyi şəxsə məxsus edər. Allah böyük lütf sahibidir.

    2:105
  6. مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا ۗ أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Biz (hər hansı) bir ayəni nəsx edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir?!

    2:106
  7. أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

    Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur?! Sizin Allahdan başqa nə bir dostunuz, nə də bir yardımçınız vardır.

    2:107
  8. أَمْ تُرِيدُونَ أَنْ تَسْأَلُوا رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَىٰ مِنْ قَبْلُ ۗ وَمَنْ يَتَبَدَّلِ الْكُفْرَ بِالْإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ

    Yoxsa (bundan) əvvəl Musadan tələb edildiyi kimi siz də Peyğəmbərinizdən tələb etmək istəyirsiniz?! İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan sapmışdır.

    2:108
  9. وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ ۖ فَاعْفُوا وَاصْفَحُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Kitab əhlindən bir çoxu həqiqət özlərinə bəlli olduqdan sonra, içlərindəki həsəd üzündən sizi, imanınızdan sonra kafirliyə qaytarmaq istərlər. Allah Öz əmrini verincəyə qədər (onları) əfv edin və (onlardan) vaz keçin! Həqiqətən, Allah hər şeyə qadirdir.

    2:109
  10. وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ۚ وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ ۗ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

    Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız, onun (əvəzini) Allah yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.

    2:110
  11. وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلَّا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَىٰ ۗ تِلْكَ أَمَانِيُّهُمْ ۗ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

    Onlar dedilər: «Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!» Bu onların xam xəyallarıdır. De: «Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!»

    2:111
  12. بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Xeyr! Kim muhsin olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

    2:112
  13. وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

    Yəhudilər dedilər: «Xaçpərəstlər doğru (yolda) deyillər!» Xaçpərəstlər də dedilər: «Yəhudilər doğru (yolda) deyillər!» Halbuki onlar Kitab oxuyurlar. (Kitabı) bilməyənlər də onlar kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

    2:113
  14. وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

    Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?! Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

    2:114
  15. وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ ۚ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ

    Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allahın (lütfü) genişdir, (O hər şeyi) biləndir.

    2:115
  16. وَقَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ

    Onlar dedilər: «Allah (Özünə) övlad götürmüşdür!» Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir.

    2:116
  17. بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ

    Göyləri və yeri icad edən Odur. O, bir işə hökm verdikdə ona ancaq: «Ol!» – deyər, o da olar.

    2:117
  18. وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ ۘ تَشَابَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ

    (Kitabı) bilməyənlər dedilər: «Nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?» Onlardan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz yəqinliklə inanan bir qövmə dəlillərimizi bəyan etdik.

    2:118
  19. إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۖ وَلَا تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ

    Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən (bir peyğəmbər) göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan.

    2:119
  20. وَلَنْ تَرْضَىٰ عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۗ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ ۙ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

    Sən yəhudilərin və xaçpərəstlərin dinlərinə tabe olmayınca, onlar səndən razı qalmayacaqlar. De: «Yalnız Allahın haqq yolu doğru yoldur!» Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyacaq nə bir dost, nə də bir yardımçı olar.

    2:120

Tərcümə: Əlixan Musayev