Başlayanlar üçün təcvid
Başlayanlar üçün təcvid

Təcvid (ərəb. تجويد) — orfoepik oxunma qaydası və müvafiq Quran elmi ('ilm ət-təcvid) olub, Quranın düzgün qiraətini öyrədir və mənasının təhrif olunmasını istisna edir.

114
уроков
+3
часов обучения
120
очков
1
бейдж

Bu bölümdə siz "Başlayanlar üçün təcvid" kursu haqqında bütün zəruri bilikləri əldə edəcəksiniz. Burada biz kursun məzmunundan danışacaq, məqsədləri, gözlənən nəticələr və onların əldə edilməsi haqqında məlumat verəcəyik. Bundan başqa, Quranın bizim həyatımızdakı rolunun əhəmiyyəti haqqında düşünəcək, Quranın başa düşülməsi və öyrənilməsində təcvid elminin önəmini anlamağa çalışacağıq. Sonda düzgün niyyət və uğurun üç əsas amili barədə danışacağıq.

Öyrənməyə başlamaq

Bu bölümdə siz ərəb əlifbası hərflərinin tələffüzü, yazılışı və bəzü xüsusiyyətləri ilə tanış olacaqsınız. Təqdim olunan tədriz materiallarının hamısını öyrəndikdən sonra ərəb əlifbası biliklərinizin səviyyəsini bilmək üçün master-testdən keçməyi tövsiyə edirik.

Öyrənməyə başlamaq Master testi keçmək

Ərəb dilində oxumağı öyrənmək üçün sadəcə əlifbanın hərflərini bilmək kifayət deyil. Ərəb mətnlərində hərflər hərəkələrlə birlikdə gəlir. Ərəb dilində üç hərəkə var. Bunlar qısa sait səslərdən ibarətdir. Bu dərslərdə siz sözügedən hərəkələrdən biri - "fəthə" ilə tanış olacaqsınız.

Öyrənməyə başlamaq Master testi keçmək

Bu bölümdə siz oxumağa başlayacaqsınız. Beləliklə, sizin biliklər asandan çətinə doğru tədricən oxumaq üçün kifayət qədərdir.

Öncə biz fəthəli sadə sözlərin oxunuşunu öyrənəcək, sonra qısa ifadələrə keçəcək və daha sonra uzun cümlələrlə bu bölümü bitirəcəyik.

Öyrənməyə başlamaq Master testi keçmək

Bu bölümün dərslərində siz ərəb dilinin ikinci hərəkəsi - kəsrə ilə tanış olacaqsınız. Siz əlifbanın bütün hərflərinin bu hərəkə ilə oxunuşunu öyrənəcək və eyni zamanda tələffüz zamanı yol verilən yayılmış yanlışlıqlarla tanış olacaqsınız.

Öyrənməyə başlamaq

Bu bölümdə siz iki hərəkə - fəthə və kəsrəli söz və cümlələrin oxunuşunu öyrənəcəksiniz.

Öyrənməyə başlamaq

Bu bölümdə siz ərəb dilinin üçüncü hərəkəsi - "dammə" ilə tanış olacaqsınız.

Öyrənməyə başlamaq

Allahın izni ilə siz artıq ərəb dilinin bütün hərəkələrini öyrəndiniz. Artıq siz söz, cümlə və hətta Qurandan ayələri cəsarətlə oxuya bilərsiniz.

Öyrənməyə başlamaq

Bu bölüm "məd" mövzusuna, yəni uzatmaya aiddir. Siz artıq istənilən hərəkəli söz və ya cümlələri oxumağı öyrəndiniz. Gözəl qiraətin mühüm hissələrindən biri olan - məd ilə tanışlıq vaxti gəlib çatdı. Məd sait səsin iki hərəkə miqdarında uzadılmasına deyilir. Bunların sayı üçdür. İlk məd hərfini öyrənək - Əlif

Öyrənməyə başlamaq

Öncəki bölümlərdə siz əlif hərfli məd anlayışını öyrəndiniz. Bu bölümün mövzusu - ي hərfli məd.

Öyrənməyə başlamaq

Öncəki bölümlərdə biz ا və ي uzatma hərfləri haqqında öyrəndik. Bu bölümün dərslərində biz daha bir məd hərfi و haqqında öyrənəcəyik. Həmçinin iki hərəkə miqdarından daha uzun olan bəzi məd formaları ilə tanış olacağıq.

Öyrənməyə başlamaq

Sükun - bir növ hərəkənin əksidir. O, sait səsin olmamasını göstərir. Hər bir hərf sükunlu olarkən özünəməxsus xüsusiyyətə malikdir. Buna görə, onları düzgün tələffüz etməyi öyrənmək lazımdır.

Öyrənməyə başlamaq

Şəddə (شدّة) ikiləşməni göstərir.

Üzərində şəddə olan hərf iki hərfdən ibarətdir, birincisi sükun, ikincisi isə hərəkəli. Şəddə bir sözdə yan-yana gələn iki eyni hərfin tələffüzünü asanlaşdırır.

Bu bölümdə siz:

  • Şəddəli hərflər haqqında hər şeyi biləcək və onları düzgün tələffüz etməyi öyrənəcəksiniz.
  • Şəddəli ن və م hərfləri ilə əlaqəli qaydalarla tanış olacaqsınız
  • Təcvidin vacib terminlərindən olan ğunnə (غنّة) haqqında biləcək və onun düzgün tələffüzünü öyrənəcəksiniz.
Öyrənməyə başlamaq

Həmzə iki cür olur: ayırıcı və birləşdirici.

Ayirici həmzə (ərəbcə همزة قطع) hər zaman yazılır və oxunur. Məs. يَأۡكُلُونَ və ya قَدۡ يَئِسُواْ.

Birləşdirici həmzə (ərəbcə همزة وصل) ilk hərfi sükun olan sözün oxunuşunu asanlaşdırır. Ayırıcı həmzəni göstərən işarə belə yazılır: ٱ

Bu dərsdə siz birləşdirici həmzə ilə əlaqəli qaydaları öyrənəcək və onu təcrübədə tətbiq edəcəksiniz:

  • birgə oxumada birləşdirici həmzə
  • iki sözün birgə oxunuşu; birinci söz məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır.
  • müəyyən artikldə birləşdirici həmzə haqqında
  • digər sözlərdə birləşdirici həmzə haqqında
Öyrənməyə başlamaq

Bu dərsdə siz müəyyən artikldə ل hərfinin növlərini öyrənəcəksiniz.

ل hərfi müəyyən artikldə iki cür olur: qəməri və şəmsi

Qəməri ل hərfi (ər.لَام قَمَرية ) yazılır və oxunur, amma növbəti hərf ikiləşmir, məs. ٱلۡبُيُوتَ

Şəms hərfi ل yazılır amma oxunmur, amma növbəti hərf ikiləşir, məs. ٱلتَّكَاثُرُ

Bundan başqa siz Allah (ٱللَّهُ ) sözünün tələffüzü və yazılışındakı özəllikləri biləcək, bu sözdə ل hərfinin qalınlıq və incəlik halları ilə tanış olacaqsınız.

Öyrənməyə başlamaq

İsim və sifətin qeyri-müəyyənliyini göstərmək üçün ərəb dilində "tənvin" anlayışı mövcuddur.

Tənvinin üç növü var: tənvin damm, tənvin kəsr və tənvin fəth

Müəyyən artikl və tənvin eyni sözdə rast gəlinə bilməz.

Öyrənməyə başlamaq

Bu bölüm Quran qiraəti zamanı düzgün şəkildə fasilə verməyə həsr olunub.

Fasilə vermə qaydalarını bilmədən Quranı düzgün oxuya bilməzsiniz. Bu ana qədər siz sözləri, söz birləşmələri və ayələri elə oxuyurdunuz ki, sanki oxumanı fasilə vermədən davam edəcəksiniz. İlk mərhələdə tədrisi mürəkkəbləşdirməmək üçün belə edilirdi. İndi isə siz bütün mühüm mövzuları həm nəzəri, həm də praktik baxımdan yaxşı bilirsiniz və siz fasilə vermə qaydalarını öyrənməyə hazırsınız.

Quran qiraətində xüsusi qaydalar var ki, bunlara əsasən fasilə zamanı sözlərin sonluqları dəyişir. Dİqqət edin ki, Quranda fasilə həm ayənin sonunda, həm də ortasında baş verə bilər. Harda fasilə vermənizdən asılı olmayaraq, qaydaları dəqiq şəkildə tətbiq etməlisiniz.

Öyrənməyə başlamaq

Bu bölümdə uzatmanın daha bir növü haqqında danışacağıq. Bu məcburi uzatmadır (ər. مد لازم "məd lazım"). )

Siz bunları öyrənəcəksiniz:

  • məcburi məd anlayışı və onun əlamətləri
  • onun uzadılma miqdarı
  • praktik məşğələ ilə tərkibində məcburi məd olan sözlərin düzgün oxunmasını
Öyrənməyə başlamaq

Artıq siz birbaşa mushafdan oxumağa hazırsınız. Bu bölümdə siz istiazə və bismillahın düzgün oxunmasını öyrənəcək, Qurandan 7 kiçik surə öyrənəcək, həmçinin mushafda lazımi səhifə, surə və ayəni necə tapmaq lazım olduğunu biləcəksiniz.

Öyrənməyə başlamaq